Saytın qonağı | Nazir müavini: `Bu, yaramaz metoddur`

Saytın qonağı | Nazir müavini: `Bu, yaramaz metoddur`
  09 Dekabr 2013    Oxunub:1882
Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini İltimas Məmmədov AzVision.az oxucularının ona ünvaladıqları sualları cavablandırır. Qeyd edək ki, təkrarlanan suallar ya çıxarılıb, ya da qruplaşdırılıb.

Vəli:

- İltimas müəllim, layihədə iştirakınız üçün təşəkkürlər. Xahiş edərdim, rayonlarda adi vətəndaşların evlərinə telefon çəkilməsi zamanı telefon idarələri tərəfindən dövlət rüsumundan əlavə ödənişlərin edilməsi məsələsini diqqətdə saxlayasınız. Əgər belə halların mövcudluğundan məlumatınız varsa, onda bu barədə hər hansı bir tədbir görülürmü və ya fikirləriniz nədir?




- Bu, verilən bütün sualların içindən qırmızı xətt kimi keçən bir məsələdir. Nazirin bununla bağlı xüsusi tapşırığı var. Əgər haradasa belə hal müəyyən olunsa, konkret fakt və insanın adı ilə bağlı bizim qaynaq xəttə müraciət olunsun. Belə məsələ heç vaxt diqqətdən kənar buraxılmır.

Bizim kollegiyanın iclasında bir neçə nəfərin işdən azad olunması bununla bağlıdır. Hər kollegiyanın müəyən hissəsini nazir bu məsələlərə həsr edir. Və tapşırır ki, qətiyyən belə məslələrə yol vermək olmaz. İndi tariflər endirilə-endirilə gəlir, çəkiliş bəlli bir məbləğdədir. Telefon çəkdirən vətəndaş bizə aylıq pul ödəyir, sanki bizim müştərimizə çevrilir. Vətəndaşdan əlavə pul istəmək tam yaramaz bir metoddur.

Vüsal:

- Azərbaycanda SMS çox bahadır, onu ucuzlaşdırmaq olmazmı?




- Sahə üzrə bir sıra layihələr həyata keçirməklə bu məsələlər öz yerini tapmış olacaq.

Cəmşid Bəxtiyar:

- Goranboyda sürətli internet nə zaman sadə insanların əli çatan məsafəyə yaxınlaşacaq?




- Bunu hətta hörmətli prezidentimiz jurnalistlərlə görüşü zamanı da dedi. Dövlət ən ucqar kəndlərə, hər yerə vətəndaşlarımız üçün genişzolaqlı internet xətti çəkəcək. Bu gün Goranboy rayonun mərkəzində, hətta Naftalanda, bir çox kəndlərdə genişzolaqlı internet var və işləyir. Ancaq xətt ilə bağlı ola bilər ki, texniki problemlər olsun. O da bizim layihə ilə 100% həll olunacaq. Rabitə günü mobil operatorla görüşəcəyik və bir daha bu problemləri onların qarşısına qoyacağıq. Çünki bəlkə də bir çox hallarda biz rayon mərkəzinə çatdırmışıq, oradan vətəndaşlara çatdırılmasına isə məmur savadsızlığı və ya bürokratiya nəticəsində əngəl yaranır. Nəticədə belə suallar ortaya çıxır.

Elxan:

- İltimas müəllim, sizə xüsusi hörmətim var. Məni 2-7 dekabr tarixlərində istənilən saatda 5-10 dəqiqəlik qəbul etməyinizi xahiş edirəm. Tel: 050 370 08 55. Masallı, Qızılavar kəndi.



- Mən çalışaram onun özü ilə bu gün mütləq əlaqə saxlayaram. Nəticəsini sizə də deyərəm .

Vəli Səlimov:

- Sizdən çox xahiş edirik, bu problemi araşdırasınız. Tovuzda Azərbaycan radioları niyə az yayımlanır? Tovuz–Qazax bölgəsində cəmi Azərbaycanmızın 6 FM radiosu yayımlanır: Araz FM, Antenn FM, ANS FM, AZTV FM, LİDER FM, İctimai FM.
Tovuz–Qazax bölgəsində yayımlanmayan FM radiolari isə bunlardır: SPACE FM, AZAD AZƏRBAYCANIN 2 RADIOSU, MEDIA FM, XƏZƏR FM, BURC FM.
Tovuz–Qazax bölgəsində niyə bele az radio kanalı yayımlanır? Tovuzumuz da Azərbaycanmızın dilbər güşələrindən biridir! Bu FM Radiolarının Tovuz–Qazax bölgəsində yayımlanmasını istəyirik! Tovuz-Qazax bölgəsində Azərbaycanımızın radioları çox az yayımlandıqları üçün ora Gürcü və erməni fm radioları tərəfindən zəbt olunub!




- Ötən dəfə radio-televiziyanın, telefonun vəziyyəti ilə bağlı bir çox bölgələri bir qrup adamlarla bərabər gəzib baxmağa çalışıdm. Hətta Ağdam rayonunun elə kəndlərinə getdik ki, sərhəd məntəqəsilə arasında 200-300 metr məsafə idi. Birbaşa görünən ərazilər idi. Orada təmiz 4-5 kanalı tuturdu. O səviyyədə siqanal var idisə, artıq oradan ən azı 40-50 km o yana, düşmən tərfə də bu siqnallar gedib çıxa bilirdi.

İran tərəfi ilə görüşlər olanda onlar hər dəfə deyirlər ki, Azərbaycanın FM radiolarını Təbrizdə, Tehranda dinləyirlər. Radio,televizya siqanalları elədir ki, onu bir ölkə ərazisində hasara salıb saxlamaq mümükün deyil. Ancaq mən oxucu ilə tam razıyam ki, nəinki 2-3 kanalımız , bütün kanallar hər yeri əhatə etməlidir. Milli Televizya və Radio Şurası ilə bu məsələni danışıb, onlara da müraciət etmişik. Onlarla növbəti görüşümüzdə televizya və radioşirkətləri toplayıb, məlumatlar vermək planlaşdırılır. Öncə həssas sərhəd bölgələri gəlir. Orada Azərbaycan siqanlları olsa, ən azı ora qonşu siqnallar gəlməyəcək.

Ruslan ismayılov:
- Salam, İltimas müəllim. Salyan rayonun Çadırlı, Yolüstü, Kolanı və s. kəndlərində telefon yoxdur və əvvəllər də heç olmayıb. Cənab nazir bir neçə il bundan əvvəl demişdi ki, 2013-cü ilin axırına kimi hər yerdə telefon olacaq. Düzdür, mobil rabitə var, ancaq stasionar şəbəkə belə getsə, heç olmayacaq. Olması üçün abonent olaraq neyləməliyik? Onu da deyim ki Salyan-Şirvan yolu boyunca FO kabeli keçir.




- O kəndlərdə ola bilməz ki, heç bir telefon olmasın. Hətta ötən il “hər kənddə rabitə olmalıdır” dedik və bunu təmin etdik. Bəzən telefon xətti vətəndaşın evinə çata bilmir, bəzən deyək ki, ATS qonşu kənddə olduğundan, kabellərlə bu kəndə də rabitə verilir. Hər bir kənddə ATS olması nəzərdə tutlmur, heç vacib də deyil. Bəzən kəndlərarası məsafə 1-2 kilometrdir. Elə hallarda xüsusi qurğu qoyulur və xidmət təşkil olunur. Əsas odur ki, orada rabitə olsun.
O kəndlərdə rabitənin olmasını biz araşdırıb, məlumat verəcəyik ki, oxucuya tam aydın olsun.

Ceyhun:

- Hörmətli nazir müavini, “Azərspace” peykində nə qədər Azərbaycan kanalı olacaq və Naxçıvan TV, Kəpəz TV, APA TV və.s bu kimi kanallar yayımlanacaqmı? Türkiyə, Rusiyanın ən reytinqli kanalları daimi olaraq bizm peykdə yayımlanacaqmı?




- Həmin televiziya kanalları da peykə qalxmış olacaq. Nə qədər ki, şirkətlər, ölkələr müraciət edib müqavilə bağlayacaqlar, o qədər də sayı çox olacaq.

Ancaq burada da müəyyən məqamlar var ki, hansı televiziyaları qaldırmaq olar, hansı kanalların baxışına şərait yaratmaq olar. Yəni bu kanallar həm Azərbaycanın siyasətinə, startegiyasına, həm də dünya siyasətinə uyğun olmalıdırlar. Müəyyən ölkələrin kanalları var ki, onları ümumiyyətlə, bizim peykdən yayımlamaq olmaz. Hətta müraciətlər var, nə qədər deyilsə belə, başqa dövlət əleyhinə mübarizə aparan kanallar və yaxud başqa xarakterli olan kanalları peykimizə qaldırmaq olmaz. Bu sahə elədir ki, bir az araşdırma tələb edir.



Türkiyənin və ya Rusiyanın kanallarının qaldırılmasına gəlincə isə, həmin televizya şirkətlərinin müraciət və maraqlarına uyğun olaraq qəbul edə bilərik. Biz bir sıra kanlları test rejimində özümüz qaldırmışıq. Bir sıra kanllara şərait yartmışıq. Gələcəkdə hər bir televiziya şirkəti Azərkosmosla rəsmi müqavilə bağalyıb ödənişini edəcəksə, onları bizm peykdən yayımlayacağıq.

Vüsal:

- “Azerspace” peykinə bölgə kanalları gələcəkmi və bu, nə zaman reallaşacaq? Internet tv kanalları Azerspace-dən yayımlana biləcəkmi?




- Azərbaycan kanallarının bir çoxu artıq Azərspace peykinə qalxıb. Və bu, davam edir. Burada regional – Rusiya, Türkiyə televizyaları, həm də öz kanallarımız mövcuddur. Əslində bu, televizyaların maddi durumuna bağlı məsələdir. Bu, bir kommersiya layihəsidir. Televizyalar gələcəkdə reklamlardan və digər layihələrdən əldə edəcəkləri gəlirlər əsasında müqavilə bağlayıb, xidmətlərin qaldırmalıdır. Bizim layihə ilə ilk etapda Bakıdakı televiziyaların, sonra isə Naxçıvan televiziyalarının və digər regional kanalların qalxması nəzərdə tutulur.

Ardı burada

Şahanə Rəhimli
Sevinc İltifatqızı



Teqlər:  





Xəbər lenti