Naxçıvanda orta aylıq əməkhaqqı 454 manat oldu

Naxçıvanda orta aylıq əməkhaqqı 454 manat oldu
  25 Sentyabr 2019    Oxunub:1885
Muxtar respublikada 2019-cu ilin yanvar-avqust aylarında 1 milyard 803 milyon 670 min 400 manatlıq ümumi daxili məhsul istehsal olunub.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, bu, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili
məhsulun həcmi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz artaraq 3945 manat olub.

Cari ilin yanvar-iyul aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 454,5 manat təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz çoxdur.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Naxçıvan   Əməkhaqqı   İstehsal  





Xəbər lenti