Naxçıvanda kredit verilişi 2,2 dəfə artıb

Naxçıvanda kredit verilişi 2,2 dəfə artıb
  25 Sentyabr 2019    Oxunub:1527
2019-cu ilin yanvar-avqust aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 77 milyon 641 min 400 manat məbləğində kreditlər verilib ki, bu da bir il öncəki göstəricidən 2,2 dəfə çoxdur.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, verilmiş kreditlərin 9 milyon 781 min 800 manatı və yaxud 12,6 faizi qısamüddətli, 67 milyon 859 min 600 manatı və yaxud 87,4 faizi uzunmüddətli kreditlər olub.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Naxçıvan   Kredit  





Xəbər lenti