Azərbaycan və Rusiya arasında bəyannamə imzalanıb

  25 Sentyabr 2019    Oxunub : 946
Azərbaycan və Rusiya arasında bəyannamə imzalanıb
Azərbaycan və Rusiya arasında beynəlxalq əməkdaşlığa dair fəaliyyət planı hazırlanıb.
Azvision.az xəbər verir ki, 22 sentyabr tarixindən başlayaraq Rusiyanın Sankt-Peterburq şəhərində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən VII Rusiya - Azərbaycan gənclər Forumu bu gün öz işinə yekun vurub.

Azərbaycanı bu forumda gənclər və idman nazirinin müavini İntiqam Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Azərbaycandan ümumilikdə 25 gəncin qatıldığı forumda "Gənclərin yaradıcılıq sahəsində beynəlxalq əməkdaşlıq. Mədəniyyət və mədəniyyətlərarası dialoqun təşviqi", "Gənclər üçün biznes. Sosial sahibkarlıq", "Qeyri-formal təhsil və gənclərin QHT-lərinin bu istiqamətin inkişafındakı rolu", "Davamlı inkişaf məqsədləri", "Müasir media məkanı" üzrə sessiyalar təşkil edilib.



Bölmələrdə iştirak edən gənclər tərəfindən Rusiya-Azərbaycan gəncləri arasında əməkdaşlığın inkişafı üçün birgə təkliflər səsləndirilib, beynəlxalq əməkdaşlığa dair fəaliyyət planı hazırlanıb, eyni zamanda, forumun yekunu olaraq bəyannamə qəbul olunub. Bəyannamədə hər iki ölkənin müxtəlif sahələri əhatə edən gəncləri arasında dostluq və əməkdaşlıq münasibətlərinin genişləndirilməsi, əldə olunmuş nailiyyətlərin daha da inkişaf etdirilməsi göstərilib.

Bununla yanaşı, yaradıcılıq, elm, texnaloqiya və digər sahələrdə beynəlxalq layihələrin və eyni zamanda, müxtəlif festivalların keçirilməsi, forumun qarşıdakı illərdə fəaliyyətinin daha da genişləndirilməsi və digər, gəncləri maraqlandıran sahələr də bəyyanamədə öz əksini tapıb.

Forumun yekunununda iştirakçılar II Dünya müharibəsi qəhrəmanlarının xatirəsinə həsr olunmuş “Müharibə uşuaqları”, eyni zamanda, böyük Azərbaycan şairi Nizami Gəncəvi və Ulu öndər Heydər Əliyevin abidələri önünə güllər qoyublar.

Azvision.az

Teqlər: Nazirlik