Yolu keçən piyadanı maşın vurub öldürdü

 Yolu keçən piyadanı maşın vurub öldürdü
  25 Sentyabr 2019    Oxunub:2469
Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində yolu keçən Sumqayıt şəhər sakini Ziya Mirzəyevi Bakı şəhər sakini V.Nəciyev idarə etdiyi “Mercedes” markalı avtomobillə vurub.
Azvision.az Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Piyada   Sabunçu  





Xəbər lenti