Narkotik əkən Balakən sakinləri saxlanılıb

Narkotik əkən Balakən sakinləri saxlanılıb
  26 Sentyabr 2019    Oxunub:1831
Narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində daxili işlər orqanları tərəfindən qətiyyətli tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Qax Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qarabaldır kəndi ərazisində Balakən rayon sakinləri, əvvəllər məhkum olunmuş E.Həbilovun və İ.Qebedovun kultivasiya yolu ilə yetişdirdikləri 18 çətənə kolu aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az



Teqlər: DİN   Narkotik  





Xəbər lenti