İki nəfərdən sənədsiz silah götürülüb

  26 Sentyabr 2019    Oxunub : 735
İki nəfərdən sənədsiz silah götürülüb
Tərtər rayonunun Səhləbad kənd sakini Ə.İsmayılovdan ov tüfəngi aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Tərtər RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Səhləbad kənd sakini Ə.İsmayılovun evindən müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Eyni zamanda, Bərdə RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İmamqulubəyli kənd sakini E.Salahovun evindən 1 ədəd pnevmatik tüfəng aşkar edilərək götürülüb.

Azvision.az

Teqlər: DİN   Tüfəng