Yadigar Sadıqlı Müsavat başqanlığına namizəd oldu

Yadigar Sadıqlı Müsavat başqanlığına namizəd oldu
  26 Sentyabr 2019    Oxunub:2141
Müsavat partiyasının Divan üzvü Yadigar Sadıqlı başqanlığa namizədliyini elan edib.
Azvision.az xəbər verir ki, Y.Sadıqlı bu barədə "Facebook" hesabında məlumat yayıb.

"Müsavat başqanlığına namizədliyimi rəsmən irəli sürdüm. Partiyama xeyirli-uğurlu olsun!".

Qeyd edək ki, Müsavat partiyasının növbəti qurultayı oktyabrın 12-də keçiriləcək. Partiya üzvü Tofiq Yaqublu da başqanlığa namizədliyini irəli sürüb.

Azvision.az



Teqlər: YadigarSadıqlı   Müsavat  





Xəbər lenti