Fuad Qəhrəmanlının boşanma məhkəməsi təxirə salındı - Yenilənib

 Fuad Qəhrəmanlının boşanma məhkəməsi təxirə salındı -  Yenilənib
  26 Sentyabr 2019    Oxunub:3723
Bu gün Abşeron Rayon Məhkəməsində Zümrüd Yağmurun boşanma ərizəsi əsasında həyat yoldaşı Fuad Qəhrəmanlıya qarşı məhkəmənin hazırlıq iclası təxirə salınıb.

Azvision.az xəbər verir ki, məhkəminin təxirə salınmasına səbəb F.Qəhrəmanlı və vəkilinin iclasa gəlməmələri olub.
***
(09:55)

Bu gün yazar Zümrüd Yağmurun AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlıdan boşanması ilə bağlı məhkəmə prosesi keçiriləcək.

Azvision.az xəbər verir ki, Z.Yağmurun boşanma iddiasına Abşeron Rayon Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Qəhrəmanlı Zümrüd İsrafil qızı cari il avqustun 1-də nigahın pozulması və yetkinlik yaşına çatmayan övladının ananın yanında qalması ilə bağlı Abşeron rayon məhəkəməsində iddia qaldırıb. Mülki iş hakim Elman Məmmədovun icraatına verilib.

Azvision.az



Teqlər: Fuad-Qəhrəmanlı   Məhkəmə   Boşanma  





Xəbər lenti