Qanunsuz saxlanılan silahlar götürülüb

Qanunsuz saxlanılan silahlar götürülüb
  26 Sentyabr 2019    Oxunub:2255
Naxçıvan və Göyçay sakinlərindən silah götürülüb.
DİN-nin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Müskürlü kənd sakini E.Fərzəliyevdən 1 ədəd müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi götürülüb.

Həmçinin, Şahbuz rayon sakini X.Quliyev tapdığı 1 ədəd “TOZ-8” markalı tüfəngi könüllü olaraq Naxçıvan Muxtar Respublikasının DİN-in Mühafizə Şöbəsinə təhvil verib.

Faktlarla bağlı araşdırma aparılır.

Azvision.az




Teqlər: Naxçıvan   Göyçay   Silah  





Xəbər lenti