Şabranda qaz təchizatı dayandırılacaq

Şabranda qaz təchizatı dayandırılacaq
  26 Sentyabr 2019    Oxunub:1981
Bu gün Şabran rayonunun mərkəzi və bir neçə kəndində qaz təchizatı 2 saatlıq dayandırılacaq.
“Azəriqaz” İB-dən Azvision.az -a verilən məlumata görə, bu gün saat 16:00-dan 18:00-dək 2 saat müddətinə “Qaz İxrac” İdarəsinin balansında olan qaz ölçü qovşaqlarında quraşdırılmış mövcud daraldıcı qurğuların sərfiyyata uyğun yeni qurğularla əvəzlənməsi işləri aparılacaq. Bu müddət ərzində Şabran rayonunun mərkəzi və bir neçə kənddə qaz təchizatı dayandırılacaq.

Azvision.az



Teqlər: Azəriqaz   Şabran  





Xəbər lenti