Özü adam bıçaqladı, qardaşı narkotiklə tutuldu

Özü adam bıçaqladı, qardaşı narkotiklə tutuldu
  26 Sentyabr 2019    Oxunub:1488
Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 23-də şəhər sakini H.Əsgərova bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Salyan rayon sakini S.Əliqi tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətin Azvision.az -a verilən məlumata görə, polis əməkdaşlarıın S.Əliqinin yaşadığı Uzuntəpə kəndindəki evə baxışı zamanı 6,205 qram marixuana aşkar edilərək götürülüb.

Görülən tədbirlərlə S.Əliqiyə narkotik vasitəni verən şəxsin onun qardaşı - Abşeron rayonunun Qobu qəsəbə sakini, əvvəllər məhkum olunmuş A.Əliqi olması müəyyən edilərək saxlanılıb.

Abşeron rayon Polis İdarəsi və Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının onun yaşadığı evə baxışı zamanı 2 kiloqram 50 qram marixuana, həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilən 6 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Azvision.az



Teqlər: DİN   Cəlilabad   Narkotik  





Xəbər lenti