Şəkidə 500 abonent qazsız qaldı

  26 Sentyabr 2019    Oxunub : 1188
Şəkidə 500 abonent qazsız qaldı
Şəki rayonunun Baltanı kəndində güclü küləyin əsməsi nəticəsində diametri 76 mm olan böyük bir ağac qaz xəttinin üzərinə aşıb.
Bu barədə Azvision.az -a “Azəriqaz” İstehsalat Birliyində bildiriblər.

Bundan başqa bir ədəd fərdi tənzimləyici də sıradan çıxıb. Nəticədə 500 abonentin qaz təchizatı dayandırılıb.

Hazırda “Azəriqaz” İB-nin Zaqatala Regional Qaz istismarı İdarəsinin işçiləri qazın bərpası üçün işləri davam etdirirlər.

Azvision.az

Teqlər: Azəriqaz   Şəki