Xızıda raket tapılıb
Agentliyin mütəxəssisləri və Sumqayıt şəhər Polis idarəsinin əməkdaşları tərəfindən birlikdə həmin ərazidə su kanalının yaxınlığına baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 72 mm-lik 9M36 raketi (Strela-3) aşkar olunmuş, daşınması təhlükəli olduğuna görə Agentliyin mütəxəssisləri tərəfindən yerində zərərsizləşdirilib.
Raketin ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Azvision.az