Qanunsuz heyvan kəsiminə qarşı reydlər keçirilib

Qanunsuz heyvan kəsiminə qarşı reydlər keçirilib
  27 Sentyabr 2019    Oxunub:1462
“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli Sərəncamının icrası ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyi baytarlıq-sanitariya və gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında qanunsuz heyvan kəsiminə qarşı nəzarət tədbirlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Azvision.az -a verilən məlumata görə, bu dəfə Bakının Yasamal rayonunda, eləcə də Xaçmaz rayonu ərazisində reydlər aparılıb. Reydlərdə rayon icra hakimiyyətlərinin və Daxili İşlər Nazirliyinin yerli orqanlarının əməkdaşları iştirak ediblər.

Yoxlama zamanı qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində satışda olan ətlərin müəyyən hissəsinin üzərində baytarlıq müayinəsindən keçməsini təsdiqləyən möhür və müvafiq arayışların olmadığı müəyyən edilib.

Məntəqələrin sahiblərinə ciddi xəbərdarlıq olunub və qida təhlükəsizliyi tələblərinə uyğun olmayan, heyvan kəsimi üçün istifadə edilən stasionar qurğular icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb. Həmin sahibkarlara qanunvericiliyin tələblərinə ciddi əməl olunması ilə bağlı xəbərdarlıq edilib. Sahibkarlara ərazidə fəaliyyət göstərən ixtisaslaşmış kəsim məntəqəsinin xidmətlərindən istifadə etmək və yaxud stasionar, modul və modul tipli kəsim məntəqələrini yaratmaq tövsiyə edilib.

Azvision.az



Teqlər: AQTA   Reyd  





Xəbər lenti