XİN rəhbəri rumıniyalı həmkarı ilə görüşdü

XİN rəhbəri rumıniyalı həmkarı ilə görüşdü
  27 Sentyabr 2019    Oxunub:1864
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Rumıniyanın xarici işlər naziri Ramona Nikol Manesku ilə görüşüb.
XİN-dən Azvision.az -a verilən məlumata görə, nazirlər Azərbaycan və Rumıniya arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə ediblər.

Ölkələr arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğu qeyd edilib. İkitərəfli əməkdaşlığın daha da inkişafında yüksək səviyyəli səfərlər mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Bölgədə Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən böyük enerji və nəqliyyat layihələri üzrə fikir mübadiləsi aparılıb və enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə edilib.

E.Məmmədyarov Qoşulmama Hərəkatının növbəti Zirvə görüşünün Bakıda keçiriləcəyi və Azərbaycanın bu hərəkatda sədrliyi barədə Rumıniyalı həmkarına məlumat verib.

Tərəflər həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıb.

Azvision.az



Teqlər: XİN   Məmmədyarov   Rumıniya  





Xəbər lenti