“Jak Şirak Qarabağ münaqişəsinin həlli üçün çox çalışdı” - Novruz Məmmədov

 “Jak Şirak Qarabağ münaqişəsinin həlli üçün çox çalışdı” -  Novruz Məmmədov
  27 Sentyabr 2019    Oxunub:2278
Azərbaycanın Baş naziri Novruz Məmmədov Fransanın keçmiş prezidenti, görkəmli dövlət xadimi Jak Şirakın vəfatı ilə bağlı başsağlığı verib.

Azvision.az xəbər verir ki, bu barədə Baş nazir “Twitter” səhifəsində paylaşım edib:
“Görkəmli siyasət və dövlət xadimi, 1995-2007-ci illərdə Fransanın 22-ci prezidenti olmuş Jak Şirakın vəfatı məni çox kədərləndirdi. Dövlətlərarası münasibətlərə xüsusi həssaslıq nümayiş etdirən Prezident Şirakın beynəlxalq aləmdə böyük nüfuzu vardı. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həlli üçün çox çalışdı. Prezident Jak Şirakın xatirəsi uzun müddət yaddaşlarda qalacaq”.



Azvision.az


Teqlər: Novruz-Məmmədov   Fransa  





Xəbər lenti