Kollegiya sədri bölgələrdə vətəndaşları qəbul edib

Kollegiya sədri bölgələrdə vətəndaşları qəbul edib
  27 Sentyabr 2019    Oxunub:1292
Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıq və tövsiyələri daim diqqət mərkəzində saxlanılır.
Ali Məhkəmənin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, sentyabrın 27-də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının sədri Hikmət Mirzəyev Tovuz Rayon Məhkəməsinin binasında vətəndaşların qəbulunu keçirib.

Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerində həllini tapıb. Bəzi müraciətlər üzrə isə Ali Məhkəmənin aparatının qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib. Müraciətlərin əksəriyyəti məhkəmələrin fəaliyyəti ilə bağlı olub.

Vətəndaşlar onların əlverişli şəraitdə qəbulundan və müraciətlərinə həssaslıqla yanaşılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Azvision.az



Teqlər: AliMəhkəmə  





Xəbər lenti