Bəzi avtobusların hərəkət istiqaməti dəyişdirilir

 Bəzi avtobusların hərəkət istiqaməti dəyişdirilir
  27 Sentyabr 2019    Oxunub:1581
Bakıda bəzi müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət istiqamətləri dəyişdiriləcək.
Bakı Nəqliyyat Agentliyindən Azvision.az -a verilən məlumata görə, aparılan təmir işləri ilə əlaqədar olaraq Asif Məhərrəmov küçəsinin Ceyhun Səlimov küçəsi ilə kəsişməsindən (3-cü mkrn.dairəsi) 20 Yanvar küçəsi ilə kəsişməsinədək olan istiqamətində tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 61, 67, 83, 85, 92 və 135 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət istiqamətləri dəyişdiriləcək.

Avtobuslar hərəkəti digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçələrdən təşkil ediləcək.

Azvision.az



Teqlər: BNA   Avtobus  





Xəbər lenti