Kür çayında suyun səviyyəsi azalıb

Kür çayında suyun səviyyəsi azalıb
  27 Sentyabr 2019    Oxunub:1134
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq ongünlük norma daxilində olmaqla onun 100 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda sululuq ongünlük normadan az və normadan çox olmaqla onun 40-130 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və normadan çox olmaqla onun 50-130 faizini təşkil edir.
Departamentdən Azvision.az -a bildirilib ki, sentyabrın 27-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 santimetr artım müşahidə olub. Hazırda məntəqədə su sərfi saniyədə 125 kubmetr təşkil edir ki, bu da ongünlük normaya yaxın olmaqla onun 90 faizinə bərabərdir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 58 kubmetrə bərabərdir. Bu da ongünlük normaya yaxın olmaqla onun 84 faizini təşkil edir.

Sentyabrın 27-də Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 44 kubmetr təşkil edir. Bu da ongünlük normadan az olmaqla onun 75 faizinə bərabərdir.

Sentyabrın 27-də Kür çayının aşağı axınında suyun səviyyəsi əsasən azalıb. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 10 santimetr azalaraq 340 santimetr təşkil edib. Şirvan məntəqəsində suyun səviyyəsi 2 santimetr azalaraq 223 santimetr olub. Salyanda suyun səviyyəsi 13 santimetr azalıb və 145 santimetrə bərabər olub. Bankə məntəqəsində isə suyun səviyyəsi 1 santimetr artaraq 168 santimetr təşkil edib. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 2 santimetr azalaraq 78 santimetrə bərabər olub.

Azvision.az


Teqlər: ETSN   Kür   Çay  





Xəbər lenti