İTV-dəki yanğının səbəbi müəyyənləşdirilir - Yenilənib

 İTV-dəki yanğının səbəbi müəyyənləşdirilir -  Yenilənib
  28 Sentyabr 2019    Oxunub:6042
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsində “İctimai Televiziya və Radio Yayımları Şirkəti”nin inzibati binasında yanğın olması barədə məlumat daxil olub.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri və texnikası hadisə yerinə cəlb olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, yanğınla bağlı saat 00:19-da Təcili Tibbi Yardıma çağırış olub. Hadisə yerinə bir neçə təcili tibbi yardım briqadası cəlb edilib.

İki nəfər həkimlərə müraciət edib. Onlardan birinə hadisə yerində yardım göstərilib, digəri isə tüstüdən boğulma diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

***

“İctimai Televiziya və Radio Yayımları Şirkəti” yanğınla bağlı məlumat yayıb.

Açıqlamada deyilir: "Sentyabrın 27-də gecə saatlarında İctimai Televiziya və Radio Yayımları Şirkətinin binasında yanğın hadisəsi baş verib. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğının qarşısı alınıb. İlkin ehtimala görə, yanğına elektrik naqillərində baş verən nasazlıq səbəb olub. Yanğının dəqiq səbəbi müəyyənləşdirilir. Ciddi xəsarət alan olmayıb".

Azvision.az


Teqlər: FHN   Yanğın   İTV  





Xəbər lenti