Yunan nazir Azərbaycana dəvət edildi

Yunan nazir Azərbaycana dəvət edildi
  28 Sentyabr 2019    Oxunub:1852
BMT BA-nın 74-cü sessiyası çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Yunanıstanın Xarici İşlər naziri Nikos Dendias ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, görüşdə öncə Elmar Məmmədyarov yeni hökumətin seçilməsi münasibətilə yunan həmkarını təbrik edib.

O, nazir N.Dendiasa Azərbaycan Respublikasının Yunanıstana yeni səfirinin təyin olunduğu barədə məlumat verib.

Görüşdə nazirlər Azərbaycan ilə Yunanıstan arasında mövcud olan əməkdaşlıq münasibətləri üzrə fikir mübadiləsi aparıblar. Tərəflər arasında, xüsusilə qeyri-neft sektoru və turizm sahəsində əlaqələrin inkişaf etdirilməsi, qarşılıqlı investisiya layihələrinin həyata keçirilməsi müzakirə edilib.

Bölgədə Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji və infrastruktur layihələri, xüsusilə də Avropanın enerji siyasətinin mühüm komponenti olan Cənubi Qaz Dəhlizi üzrə fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov Yunanıstan Xarici İşlər nazirini Azərbaycana səfərə dəvət edib.

Azvision.az



Teqlər: XİN   Məmmədyarov  





Xəbər lenti