Gələn həftə parlamentin ilk iclası keçiriləcək

   Gələn həftə parlamentin ilk iclası keçiriləcək
  28 Sentyabr 2019    Oxunub:1414
Gələn həftə Milli Məclisinin payız sessiyasının ilk plenar iclası keçiriləcək.
Azvision.az xəbər verir ki, sentyabrın 30-da baş tutacaq ilk plenar iclasın gündəliyinə 20 məsələ daxildir.

Bunlar "Məişət zorakılığının qarşısının alınması haqqında", “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Peşə təhsili haqqında”, “Təhsil haqqında”, “Reklam haqqında”, “Uşaq hüquqları haqqında” Məktəbəqədər təhsil haqqında”, “Kinematoqrafiya haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Nəşriyyat işi haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Telekommunikasiya haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Əmək pensiyaları haqqında”, "Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında" qanunlara dəyişiklik layihələridir.

Qeyd edək ki, parlamentin payız sessiyası dekabrın 30-dək davam edəcək.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: MilliMəclis   İclas   Plenar  





Xəbər lenti