Pilotun qardaşı oğlunun adını Rəşad qoydu

 Pilotun qardaşı oğlunun adını Rəşad qoydu
  28 Sentyabr 2019    Oxunub:2848
Mərhum pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin qardaşı Elşad Atakişiyevin oğul övladı dünyaya gəlib və adını Rəşad qoyublar.

Azvision.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin zabiti, Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani pilotun qırx mərasimində deyib.
"Rəşad Atakişiyevin dəfninin səhəri gün xəbər eşitdik ki, qardaşı Elşadın oğlu dünyaya gəldi, adını Rəşad qoydular. Bu, hər kəsə nəsib olmur ki, ölümündən dərhal sonra adı başqasına qoyulsun", - deyə A.Qurbani bildirib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Şəhid   Pilot  





Xəbər lenti