650 min ağacın əkilməsi üçün hazırlıqlara başlanıldı

650 min ağacın əkilməsi üçün hazırlıqlara başlanıldı
  28 Sentyabr 2019    Oxunub:2687
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağac əkilməsi ilə bağlı təşəbbüsünün realizə olunması üçün hazırlıqlara başlanılıb.
Azvision.az -ıln məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, həmin gün əkilməsi nəzərdə tutulan ağacların tədarükü gedir və hər bölgənin iqlim və relyefinə uyğun ağac növlərindən istifadə olunması üçün çeşidləmə aparılır.

“Hesab edirik ki, bu təşəbbüs hər kəsə ağac əkmək fürsəti verir, yaşıllıqların, meşə sahələrinin nəzərəçarpacaq artımı baş verəcək və ölkədə yeni bir rekorda imza atılacaq”, - deyə nazirliyin sözçüsü bildirib.

Bu nəcib təşəbbüslə bağlı ölkəmizin bütün bölgələrində hazırlıq işləri aparılır.

Milli Məclisin deputatı Qənirə Paşayeva jurnalistlərə açıqlamasında bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağac əkilməsi təşəbbüsü tovuzlular tərəfindən də dəstəklənir.

“Həmin təşəbbüs ölkəmizdə ekoloji mühitin sağlamlaşdırılmasına böyük bir töhfədir və tovuzlular da bu aksiyaya fəal qoşulacaqlar”, - deyə deputat bildirib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva İmadəddin Nəsiminin irsinin təbliği, dünyaya tanıdılması və 650 illik yubileyinin yaddaqalan olması məqsədilə xeyirxah təşəbbüs irəli sürüb. Təşəbbüs çərçivəsində noyabrda Azərbaycanda bir gündə 650 min ədəd ağac əkilməsi nəzərdə tutulur.

Azvision.az



Teqlər: ETSN   Ağac  





Xəbər lenti