Bakıda yol çöküb - FOTO

 Bakıda yol çöküb -   FOTO
  28 Sentyabr 2019    Oxunub:2416
Binəqədi-Novxanı avtomobil yolunda "Azərsu" ASC-ə məxsus su borusunda qəza baş verib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, nəticədə yolun hərəkət hissəsi 5 metr diametrində çöküb.



Dərhal ərazi AAYDA-nin Yolların mühafizə xidmətinin əməkdaşları tərəfindən nəzarətə götürülüb, hərəkətin təhlükəsizliyinin təmin olunması üçün işlər aparılıb.

Qəzanın aradan qaldırılması üçün əraziyə aidiyyəti qurumun əməkdaşları və texnikası cəlb olunub. Hazırda qəzanın aradan qaldırılması üçün təmir-bərpa işləri aparılır.

Azvision.az



Teqlər: Bakı   Yol   Binəqədi   Agentlik  





Xəbər lenti