Gömrükdə gizlədilən dərmanlar aşkarlanıb

Gömrükdə gizlədilən dərmanlar aşkarlanıb
  28 Sentyabr 2019    Oxunub:1657
Gömrük nəzarətindən gizlədilən dərman preparatları aşkar edilib.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Azvision.az -a bildirilib ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “Opel Antara” markalı avtomobil Əməliyyat və təhqiqat şöbəsinin məlumatı əsasında saxlanılıb və gömrük baxışı keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin arxa sağ oturacağının altında gömrük nəzarətindən gizlədilən, 14 ədəd plastik qabın içərisində 2100 kapsul dərman preparatı aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DGK   Gömrük   Dərman  





Xəbər lenti