Kürdəmirdə ikimərtəbəli binada yanğın olub

Kürdəmirdə ikimərtəbəli binada yanğın olub
  29 Sentyabr 2019    Oxunub:2704
Kürdəmirdə yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Kürdəmir rayonunda ümumi sahəsi 300 m² olan ikimərtəbəli binanın (dam örtüyü taxta və qamışdan ibarətdir) ikinci mərtəbəsinin 2 otağında ev əşyaları 20 m² sahədə yanıb.

Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın   Kürdəmir   Bina  





Xəbər lenti