Azərbaycanın növbəti uğuru - Azay Quliyev Prezidenti təbrik etdi

  Azərbaycanın növbəti uğuru  - Azay Quliyev Prezidenti təbrik etdi
  29 Sentyabr 2019    Oxunub:2496
Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Azərbaycanın Dünya Bankının nüfuzlu “Doing Business 2020” hesabatında ən islahatçı 20 ölkə sırasına daxil edilməsi münasibətilə Prezident İlham Əliyevi təbrik edib.
Azvision.az xəbər verir ki, bu barədə A.Quliyev "Twitter" hesabında yazıb:

“Azərbaycan növbəti uğura imza ataraq Dünya Bankının nüfuzlu “Doing Business 2020” hesabatında ən islahatçı 20 ölkə sırasına daxil edilib. Bu keçənilki göstəricidən 5 pillə yuxarıdır. 190 ölkə arasında ölkəmizi ən islahatçı 20 ölkə sırasına çıxaran cənab Prezidenti təbrik edirəm”.



Azvision.az




Teqlər: Azay-Quliyev  





Xəbər lenti