Qazaxıstanın Azərbaycana yeni səfiri təyin edilib

Qazaxıstanın Azərbaycana yeni səfiri təyin edilib
  30 Sentyabr 2019    Oxunub:6643
Prezident Kasım-Jomart Tokayevin fərmanına əsasən, Serjan Abdıkarimov Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.
Bu barədə Azvision.az -a Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, S.Abdıkarimov 1976-cı il mayın 11-də Karaqanda şəhərində anadan olub. 1993-1998-ci illərdə Abay adına Almatı Dövlət Universitetində təhsil alıb. Diplomatik fəaliyyətinə 1998-ci ildə Üçüncü departamentin Avropa və Amerika idarəsinin referenti qismində başlayıb. O Qazaxıstanın Cənubi Koreya, Avstriya, Böyük Britaniyadakı səfiliklərində müxtəlif vəzifələrdə çalışıb, ölkəsinin Bolqarıstandakı müvəqqəti işlər vəkili vəzifəsini icra edib.

S.Abdıkarimov 2015-ci ildən Qazaxıstanın Çexiya, eyni zamanda Slovakiyadakı səfiri vəzifəsində çalışıb.

Ailəlidir, 4 övladı var.

Azvision.az



Teqlər: Qazaxıstan   Səfir  





Xəbər lenti