Enerji içkiləri ilə bağlı təklif - Qadağan edilsin!

Enerji içkiləri ilə bağlı təklif -  Qadağan edilsin!
  30 Sentyabr 2019    Oxunub:4022
Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Musa Quliyev televiziyada enerji içkilərinin reklamının qadağan edilməsini təklif edib.

Azvision.az -ın məlumatına görə, deputat bildirib ki, bununla bağlı “Reklam haqqında” qanuna dəyişiklik edilməlidir.
Onun sözlərinə görə, energetik içkilərin uşaqlara, yeniyetmələrə, gənclərə zərərli təsirlərinin olduğu tibbi həqiqətdir: “Bütün dünya bununla bağlı həyacan təbili çalır. Təəssüflər olsun ki, Azərbaycanın bütün özəl televiziya kanallarında enerji içkiləri reklam edilir”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Milli-Məclis  





Xəbər lenti