Tərtər sakinindən bir kq-dan çox marixuana götürülüb

Tərtər sakinindən bir kq-dan çox marixuana götürülüb
  30 Sentyabr 2019    Oxunub:1507
Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mamırlı kəndi ərazisindəki kafedə kənd sakini Ə.Həsənovdan 11 qramdan çox, kafedən isə 48 qrama yaxın marixuana aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə Ə.Həsənovun atasına məxsus həyətyanı sahədən 1 kiloqramdan artıq marixuana aşkarlanıb.

Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakinləri R.Rüstəmovdan 470 qram, E. Əliməmmədovdan isə 460 qram marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az



Teqlər: DİN   Tərtər  





Xəbər lenti