Qarabağ komitəsinin yaradılması təklif olundu

 Qarabağ komitəsinin yaradılması təklif olundu
  30 Sentyabr 2019    Oxunub:2669
“Daimi fəaliyyət göstərən Dağlıq Qarabağ komitəsi yaradılmalıdır”
Azvision.az xəbər verir ki, belə bir təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli çıxış edib.

O qeyd edib ki, Azərbaycanın öz torpaqlarını azad etmək hüququ var: “Bizim hər gücdən istifadə etmək səlahiyyətimiz var. Biz ermənini deyil, erməni bizi düşmən seçib. Bizə düşmən gözü ilə baxanlarla milli barışıq, “xalq diplomatiyası”nı qəbul etmirəm. ATƏT-in Minsk Qrupu buranı rəqs meydançasına çevirib, rəqsə gəlməyi və bizim taleyimizi rəqs diplomatiyasına çevirmək mənə çox toxunur. Əvvəl şahmat diplomatiyasına oxşadırdılar, indi də rəqs diplomatiyası. Gəlib vals oynayıb gedirlər. Minsk Qrupunun yaradılması səhv addım idi”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Tahir-Kərimli  





Xəbər lenti