Azərbaycan Ordusunda futbol birinciliyi keçirilib

Azərbaycan Ordusunda futbol birinciliyi keçirilib
  30 Sentyabr 2019    Oxunub:1578
Müdafiə nazirinin Azərbaycan Ordusunda idman yarışlarının keçirilməsi haqqında əmrinə əsasən hərbi qulluqçular arasında futbol birinciliyi keçirilib.
Nazirliyin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, birincilikdə ayrı-ayrı qoşun növlərində və birləşmələrdə xidmət edən idmançılardan ibarət komandalar iştirak ediblər.

AFFA hakimlərinin idarəçiliyi ilə keçirilən çempionatda 14 komanda 4 qrupda mübarizə aparıb. Yarışın final oyunu “Beyləqan” və “Şəmkir” komandaları arasında keçirilib. “Beyləqan” komandası 4:2 hesabı ilə qələbə qazanaraq yarışın qalibi olub. Üçüncü yeri isə “Bərdə” komandası tutub.

Komandaların mükafatlandırılması mərasimində çıxış edən Müdafiə Nazirliyinin zabiti, polkovnik Sadiq Paşayev son illər ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, Ali Baş Komandan İlham Əliyev ölkəmizdə idmanın inkişafında xüsusi diqqət yetirir. Məhz bu diqqətin nəticəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınır.

Sonda qaliblərə kubok, medal və diplomlar təqdim edilib. Həmçinin oyunları idarə edən hakimlər də mükafatlandırılıb.

Azvision.az



Teqlər: Müdafiə-Nazirliyi   Ordu  





Xəbər lenti