“Bu yolda ölümə getməyə hazırıq” - Siyavuş Novruzov

  “Bu yolda ölümə getməyə hazırıq” -    Siyavuş Novruzov
  30 Sentyabr 2019    Oxunub:2927
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deputat həmkarı Tahir Kərimlinin çıxışına münasibət bildirib.
Azvision.az -ın məlumatına görə, S.Novruzov deyib ki, ümumilli lider Heydər Əliyevin zamanında Dağlıq Qarabağ komitəsinin yaradılması müzakirə olunub və dinmələr keçirilib.

“Təəssüflər olsun ki, heç kəs yazılı formada təklif irəli sürmədi. Bir fikir məni narahat edir, tutaq ki, bu komitə yaradıldı, üzvlər kimlər olacaq? Milli Məclisin 125 deputatının hamısı istəyir ki, komitənin üzvü olsun. O zaman parlament olur Dağlıq Qarabağ komitəsi. Ona görə də kiməsə demək olmaz ki, sən bu komitənin üzv ol, ya da olma. Bu Vətən hamımızındır, hər birimiz Dağlıq Qarabağın işğaldan azad edilməsini cani-dildən istəyən, silah götürüb vuruşmağa və bu yolda ölümə getməyə hazır olan insanlarıq. Ona görə də bunu parçalamaq, ayırmaq, kiçik bir çərçivəyə salmağın tərəfdarı deyiləm”.

Qeyd edək ki, deputat Tahir Kərimli Milli Məclisin bu gün keçirilən plenar iclasında Dağlıq Qarabağ komitəsinin yaradılması ilə bağlı təklif irəli sürüb.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Siyavuş-Novruzov  





Xəbər lenti