Aqil Abbas: “Polisə əlavə səlahiyyət verilməlidir”

Aqil Abbas: “Polisə əlavə səlahiyyət verilməlidir”
  30 Sentyabr 2019    Oxunub:3424
Milli Məclisin deputatı Aqil Abbas polisə əlavə səlahiyyət verilməsi təklifini irəli sürüb.
Azvision.az -ın məlumatına görə, deputat parlamentin bu gün keçirilən plenar iclasında xatırladıb ki, tiyəsi 4 santimetrdən artıq olan bıçaq gəzdirmək qanunla qadağandır:

“Polisə səlahiyyət vermək lazımdır ki, şübhələndiyi şəxsi küçədə saxlaya bilsin, üstünü yoxlasın ki, bıçaq var, ya yox. Polis də kimisə saxlayanda, mətbuat ayağa qalxmasın ki, belə hallar baş verir. Belə olan halda, bıçaqlaşma da, ölüm halları da olmayacaq. 4 santimetrdən kiçik olan bıçaqlar ölümə səbəb olmur”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Aqil--Abbas   Polis  





Xəbər lenti