Əli Hüseynli bayraqla bağlı məsələyə aydınlıq gətirdi

 Əli Hüseynli bayraqla bağlı məsələyə aydınlıq gətirdi
  30 Sentyabr 2019    Oxunub:1851
“Milli Məclisdə elə təkliflər olur ki, sanki, bütün problemləri həll etmişik, bəzi xırda problemlər qalıb. 29 il öncə parlamentdə Azərbaycanın indiki bayrağı təsdiq ediləndə, Hacı Əbdül Əbdülov çıxış edərək demişdi ki, yaşıl rəng yuxarıda olsun. O, 29 il bundan əvvəl uzağı görürmüş. Bayrağın qoyuluşunu dəyişməzlər, bir dəfə qəbul edərlər, sonra da sitayiş edərlər, diz çökərlər”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Araz Əlizadə deyib. Deputat qeyd edib ki, bayrağı oyuncağa çevirmək olmaz: “Belə olan halda, nəvələrimizə milli ruhu aşılaya bilməyəcəyik”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məsələyə münasibət bildirib. Onun sözlərinə görə, deputatlar bu məsələni öz bildikləri kimi yozmağa cəhd edirlər:

“Azərbaycanın dövlət bayrağı anlayışı Konstitusiyada qeyd olunub. Biz xüsusi olaraq dövlət bayrağından istifadə qaydaları haqqında məsələni qanunla həll etmişik. Azərbaycan dövlətinin, ictimaiyyətinin bu məsələyə münasibəti çox ciddidir. Əgər doğrudan da, Nazirlər Kabinetinin qərarı ilə qanun arasında hər hansı ziddiyyətlə bağlı ciddi məlumat varsa, müzakirə edə bilərik. Amma tam əminəm ki, bu, belə deyil. Çünki bayraqdan istifadə qaydaları qanunla tənzimlənir, orada bütün detallar yazılıb. "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" və "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" qanunlarına dəyişiklik layihəsi Konstitusiya qanununa uyğunlaşdırmadır”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Araz-Əlizadə   Milli-Məclis  





Xəbər lenti