MSK-ya Rafael Cəbrayılovla bağlı rəsmi sənəd daxil olmayıb - Açıqlama

MSK-ya Rafael Cəbrayılovla bağlı rəsmi sənəd daxil olmayıb -    Açıqlama
  30 Sentyabr 2019    Oxunub:2487
Milli Məclisinin vəsiqələrini girov qoyan deputat Rafael Cəbrayılovun mandatından məhrum edilməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) rəsmi sənəd daxil olmayıb.
Azvision.az xəbər verir ki, bunu MSK Katibliyinin müdiri Rövzət Qasımov deyib. Onun sözlərinə görə, müvafiq sənəd daxil olduqdan sonra Mərkəzi Seçki Komissiyası qanunvericiliyə uyğun reaksiya verəcək və lazımi qərarları qəbul edəcək.

Qeyd edək ki, bu gün deputat Rafael Cəbrayılov mandatından məhrum edilməsi üçün parlamentə müraciət edib.

Aytən Zəhra
Azvision.az



Teqlər: MSK   Rafael-Cəbrayılov  





Xəbər lenti