Reklam hüquqları telekanallardan alındı

Reklam hüquqları telekanallardan alındı
  30 Sentyabr 2019    Oxunub:2059
ATV və ARB-nin kommersiya fəaliyyətində dəyişiklik baş verib.
Azvision.az xəbər verir ki, səbəbi açıqlanmadan efirlərində yayımladıqları reklamların satış hüquqları adları qeyd edilən kanallardan alınaraq başqa bir şirkətə verilib. Bununla bağlı artıq reklamçıların məlumatlandırıldığı bildirilir.

Faktı ATV və ARB-nın reklam rəhbəri İsmayıl Həsənov təsdiqləyib. O, yaxın günlərdə hər iki telekanalın məsələ ilə bağlı geniş məlumat verəcəyini bildirib.

Azvision.az



Teqlər: ARB   ATV   Reklam  





Xəbər lenti