Gənclərin 42 faizinin yaşayış şəraiti yaxşıdır - SORĞU

Gənclərin 42 faizinin yaşayış şəraiti yaxşıdır -   SORĞU
  30 Sentyabr 2019    Oxunub:3217
"Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlet Proqramı" çərçivəsində 2018-ci ildə seçmə üsulla, üzbəüz 2000-ə yaxın gənc arasında 11 istiqamət üzrə sorğu keçirilib.

Sorğunun nəticələrinə əsasən, respondentlərin 22,2 faizi maddi durumunun çox yaxşı və yaxşı olduğunu ,57,6 faizi orta olduğunu bildirib.
Azvision.az xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin şöbə müdiri İndira Hacıyeva deyib. Onun sözlərinə görə, respondentlərin 42 faizi yaşayış şəraitinin çox yaxşı və yaxşı, 48,3 faizi orta olduğunu deyib. Respondentlərin 58 faizi əhvalının çox yaxşı və yaxşı, 41 faizi isə orta və pis olduğunu söyləyib.



İ.Hacıyeva əlavə edib ki, respondentlərin 25,3 faizi sağlamlığını orta və pis kimi qiymətləndirib. Bu isə narahatedici rəqəmdir.

"Respondentlərin 18,9 faizi asudə vaxtının demək olar ki, olmadığını deyib. 46,9 faiz isə asudə vaxtını ailə və qohumları ilə, 52 faizi sosial şəbəkələrdə, 38,2 faizi televiziyaya baxmaqla keçirdiyini bildirib. Gənclərin 24,5 faizi iş ilə əlaqədar, 49,6 faizi müxtəlif informasiya axtarışı, 46 faizi sosial şəbəkələr, 29,6 faizi filmə baxmaq üçün internetdən istifadə edir. Gənclərin 38,5 faizi problemlərinin həllini məhkəməyə müraciət etməkdə, 46,4 faizi hökumət qurumlarına müraciət etməkdə, 22,3 faizi sosial şəbəkələrdə paylaşmada görürlər".

Aytən Zəhra
Azvision.az



Teqlər: Nazirlik   Sorğu  





Xəbər lenti