Arif Hacılı yenidən başqanlığa namizəd oldu

Arif Hacılı yenidən başqanlığa namizəd oldu
  30 Sentyabr 2019    Oxunub:1831
Müsavat partiyasının hazırki sədri Arif Hacılı yenidən partiya başqanlığına namizədliyini irəli sürüb.
Azvision.az xəbər verir ki, bu barədə o, "Facebook" səhifəsində yazıb.

"Müsavat partiyası başqanlığına namizədliyimi irəli sürdüm. Sabahdan seçki kampaniyasına başlayıram. Platformamı elan edəcəyəm. Bakıda və rayonlarda qurultay nümayəndələri ilə görüşlərim olacaq", - deyə A.Hacılı bildirib.

Arif Hacılı ilə yanaşı Müsavat başqanı postuna partiya funksionerləri Tofiq Yaqublu və Yadigar Sadıqlı da namizədliklərini irəli sürüblər.

Xatırladaq ki, Müsavat partiyasının növbəti qurultayının oktyabrın 12-də keçirilməsi nəzərdə tutulur.

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: Müsavat   Qurultay   Arif-Hacılı  





Xəbər lenti