Bakının iki ərazisi tullantılardan təmizlənib

Bakının iki ərazisi tullantılardan təmizlənib
  30 Sentyabr 2019    Oxunub:1598
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Suraxanı rayonu, Köhnə Binə ticarət mərkəzinin və Abşeron rayonu Məmmədli kəndinin yaxınlığındakı ərazilərdə tullantıların qalaqlandığı barədə daxil olan şikayət yerində araşdırılıb və tullantıların qalaqlandığı, düzgün idarə olunmadığı təsdiqini tapıb.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, ərazilərin tullantılardan təmizlənməsi üçün Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinə və Məmmədli Bələdiyyəsinə “məcburi göstəriş”lər verilib və ərazilər tullantılardan təmizlənib.

Azvision.az


Teqlər: ETSN  





Xəbər lenti