Ağdaşda 3 otaqlı ev, Şəkidə "Mercedes" yanıb

Ağdaşda 3 otaqlı ev, Şəkidə "Mercedes" yanıb
  01 Oktyabr 2019    Oxunub:3636
Ağdaş rayonunun Ərəb kəndində ümumi sahəsi 187 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şəki şəhərinin Kiçik Dəhnə kəndində isə "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqda olan tikililər yanğından mühafizə olunub.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti