Zakir Qaralov: “Azərbaycanda cinayət növlərinin sayı azalıb”
"Əvvəlki illərdə bağlı qalmış ağır və xüsusilə ağır cinayətlərin, qeyri-aşkar şəraitdə törədilmiş qəsdən adam öldürmə və adam öldürməyə cəhd cinayətlərinin açılması istiqamətində görülən məqsədyönlü intensiv istintaq tədbirləri, Baş Prokurorluqda bu işlərə rəhbərliyi həyata keçirən idarənin zona prokurorlarının yerlərə ezam olunaraq istintaqın planlaşdırılmasında və təşkilində əməli kömək göstərmələri sayəsində cari ilin birinci yarımilinin göstəriciləri ötən ilin müvafiq dövrünə nisbətən xeyli artıb".
Zakir Qaralov qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi dövlət siyasətinin və strateji inkişaf konsepsiyasının prioritetlərinə uyğun olaraq ölkədə korrupsiyaya qarşı ardıcıl və sistemli mübarizə aparılmaqla, bu sosial bəlaya qarşı əks-təsir mexanizmlərindən daha geniş istifadə edilməklə onun baş verməsinə səbəb olan və şərait yaradan halların aradan qaldırılması istiqamətində mühüm islahatlar, institusional, struktur və təşkilati tədbirlər davam etdirilib:
"Korrupsiyaya qarşı mübarizə prokurorluğun fəaliyyətinin ən önəmli istiqaməti olaraq bu sahədə səmərəliliyinin artırılması və daha intensiv tədbirlərin həyata keçirilməsi məsələlərinə xüsusi diqqət yetirilməklə işin effektivliyinin yüksəlməsinə nail olunub".
Azvision.az
Teqlər: ZakirQaralov Prokurorluq