Xanlar Vəliyev: “Ağır cinayətlər üç dəfə azalıb”
X.Vəliyev vurğulayıb ki, əksər cinayət növlərinin azalması tendensiyası bu il də davam edib: "2018-ci ilin birinci yarımili ilə müqayisədə 2019-cu ilin müvafiq dövründə qeydə alınan xüsusilə ağır cinayətlər üç dəfə, qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır zərər vurma, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma və maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 50 faiz, hakimiyyətdən sui-istifadə etmə cinayətləri 29,3 faiz, öz sağlamlığına zərər vurmaqla və ya sair üsulla hərbi xidmətdən boyun qaçırma cinayətləri isə 7,7 faiz azalıb".
Elvin Abdulqədirov
Azvision.az
Teqlər: Hərbi-Prokurorluq Xanlar-Vəliyev