Çağrı Mərkəzinə edilən zənglər Baş prokurora məruzə olunacaq

Çağrı Mərkəzinə edilən zənglər Baş prokurora məruzə olunacaq
  01 Oktyabr 2019    Oxunub:1333
"Bu günə qədər Baş Prokurorluğun "Qaynar xətti" ilə əlaqə mərkəzi mövcud idi. Həmin mərkəz normal fəaliyyət göstərib. Dövlət başçısının tapşırığı var ki, vətəndaş-məmur münasibətləri tam yeni müstəvidə qurulmalıdır".
Azvision.az xəbər verir ki, bunu Baş Prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında deyib.

‌O qeyd edib ki, Çağrı Mərkəzi "961" nömrəli olacaq: "Vətəndaşlarımız bu nömrəyə pulsuz zəng edə biləcəklər. Həmin Çağrı Mərkəzini idarə edən şöbə prokurorları prokurorluq əməkdaşların qanunsuz əməlləri barəsində şikayətləri qəbul edəcəklər. Eyni zamanda, prokurorluğun fəaliyyət istiqaməti üzrə konkret cinayət işləri, baxılan materiallar və digər şikayətlərin dinlənilməsi həyata keçiriləcək. Bütün proseslər auido yazı ilə təsbit olunacaq. Edilən zənglər Baş Prokurora məruzə olunacaq. Hər bir ərizə əsasında Baş Prokuror tərəfindən qərarların icrası ilə bağlı müvafiq tapşırılıqlar veriləcək".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Zakir-Qaralov   Baş-Prokuror  





Xəbər lenti