“Siyahıyaalma ilə bağlı hazırlıq işləri tam başa çatdırılıb” - Tahir Budaqov
Azvision.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının binasında keçirilən mətbuat konfransında Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib.
Komitə sədri əlavə edib ki, Daxili İşlər, Müdafiə, Fövqəladə Hallar, Ədliyyə, Səhiyyə, Təhsil nazirliklərinin, Dövlət Təhlükəsizlik, Miqrasiya, Sərhəd xidmətlərinin tabeliyində olan rejimli obyektlərdəki şəxslərin, xarici ölkələrdə müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının siyahıyaalınması məqsədilə metodoloji və digər sənədlər, əyani vəsaitlər, dəftərxana ləvazimatları aidiyyəti dövlət qurumlarına çatdırılıb:
"Müstəqillik dövründə sayca üçüncü dəfə keçirilən siyahıyaalmanın sorğu vərəqəsində altsuallarla birlikdə 46 sual, siyahıyaalma vərəqəsində isə 6 sual olmaqla, ümumilikdə 52 sual öz əksini tapıb. Siyahıyaalma suallarına verilən dolğun və düzgün cavablar hər şeydən əvvəl bir vətəndaşlıq borcudur. Çünki siyahıyaalmadan əldə olunacaq məlumatlar ölkəmizin gələcək inkişafı məqsədilə qəbul ediləcək qərarlar üçün əsas informasiya mənbəyi olacaq".
Elvin Abdulqədirov
Azvision.az
Teqlər: TahirBudaqov Statistika