Azərbaycan əhalisinin sayı 10 ildə 12.1 faiz artıb

 Azərbaycan əhalisinin sayı 10 ildə 12.1 faiz artıb
  01 Oktyabr 2019    Oxunub:1982
"Azərbaycan əhalisinin sayı 10 il ərzində 1 084 500 nəfər və ya 12.1 faiz artıb"
Azvision.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində keçirilən mətbuat konfransında Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib.

O qeyd edib ki, ölkə üzrə nikahların sayında dinamika müşahidə edilib: "Son 15 il ərzində nikahların sayında 11.4 faiz artım olub. Ömür uzunluğu 73.4 yaşdan 75.8 yaşa yüksəlib. O cümlədən, kişilər üzrə bu göstərici 70.8 yaşdan 73.3 yaşa, qadınlar üzrə 76.1 yaşdan 78.2 yaşa qədər artıb".

Komitə sədrinin sözlərinə görə, ana ölümü əmsalı da aşağı düşüb:"Ana ölümü əmsalı doğulan hər 100 min nəfərdə 26.3-dən 12.2-ə enib. Körpələr üzrə əmsal isə 11.4-dən 11.1-ə enib. 5 yaşadək uşaq ölümlərinin sayı 14.4-dən 13.1-ə düşüb".

T.Budaqov əlavə edib ki, ölkəmizdə miqrasiya saldosu yüksəkdir və 14 min 800 təşkil edir.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: TahirBudaqov   Əhali   Statistika  





Xəbər lenti