“Bəhanə gətirməsinlər ki, Lökbatan uzaqdır” - Əli Əhmədov

“Bəhanə gətirməsinlər ki, Lökbatan uzaqdır” -  Əli Əhmədov
  01 Oktyabr 2019    Oxunub:4554
Müxalifətə aksiya keçirmək üçün Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində yer ayrılıb. Lökbatan Bakı şəhərinə daxildir. Yəqin ki, bunu özləri də bilirlər. Sadəcə, onlar mitinqi insanların kütləvi olduğu yerdə keçirmək, bununla da özlərinin sosial bazalarının guya çox olduğunu göstərmək istəyirlər.
Azvision.az xəbər verir ki, bunu Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının icra katibi-sədr müavini Əli Əhmədov Milli Şuranın oktyabrın 8-də Bakı Şəhəri İcra Hakimiyyətinin inzibati binasının qarşısında razılaşdırılmamış piket keçirmək barədə qərarına münasibət bildirərkən deyib.

Ə.Əhmədov deyib ki, icazəsiz hər hansı hərəkətə yol vermək olmaz: "Mitinq keçirmək üçün ən yaxşı yer stadion olar. Nə qədər adamları var, Lökbatana stadiona dəvət etsinlər, mitinqlərini keçirsinlər. Bəhanə gətirməsinlər ki, Lökbatan uzaqdır. Mən hesab etmirəm ki, Lökbatan uzaqdır".

Azvision.az



Teqlər: Əli-Əhmədov  





Xəbər lenti