İranda ABŞ casusu edam olunacaq

İranda ABŞ casusu edam olunacaq
  01 Oktyabr 2019    Oxunub:1544
İranda ABŞ-a casusluqda ittiham olunan şəxsə edam cəzası verilib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İranın məhkəmə hakimiyyətinin rəsmi nümayəndəsi məlumat verib. Bildirilib ki, bundan başqa daha üç nəfər casusluqda ittiham olunaraq 10 il həbs cəzasına məhkum edilib.

Onlardan ikisi ABŞ-a, biri isə Böyük Britaniyaya casusluq etməkdə günahlandırılır. Ölüm cəzasına məhkum olunan şəxs Ali Məhkəməyə şikayət ərizəsi verib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İran   ABŞ   Edam  





Xəbər lenti